banner
banner

Dünya

ABŞ İran üzrə "qara siyahı"nı genişləndirib

ABŞ İran üzrə "qara siyahı"nı genişləndirib

ABŞ İran üzrə "qara siyahı"ya iki Çin və bir Avstraliya vətəndaşını, həmçinin altı Çin və bir Avstraliya təşkilatını daxil edib.

Trend-in "TASS"a istinadən verdiyi məlumata görə, bu barədə ABŞ Maliyyə Nazirliyinin bəyanatında deyilir. Məlumata əsasən, Çin vətəndaşları və təşkilatları "qara siyahı"ya İranın "IRISL" nəqliyyat şirkətini dəstəklədiklərinə görə daxil ediliblər.

Bildirilri ki, Avstraliya vətəndaşı Əhməd Lukman Talib və ona məxsus olan şirkət terrorizmə maliyyə və maddi dəstək verdiyinə görə "qara siyahı"ya daxil ediliblər.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.