banner
banner

Gündəm

Bu il ali məktəbə qəbul olmuşdu, amma qismət olmadı

Bu il ali məktəbə qəbul olmuşdu,

Gəncədə baş vermiş erməni terroru bir çoxlarının, o cümlədən həyat yolunu yenicə seçən gənclərin həyatına son qoydu.

 

Axşam.az "Xəzərxəbər"ə istinadən xəbər verir ki, 18 yaşlı Ləman Qəhrəmanova aylarla, bəlkə də illərlə hazırlaşaraq universitetə qəbul olmuşdu və tələbə həyatına başlayacaqdı, ancaq erməni vəhşiliyinin qurbanı oldu.

Valideynləri deyirlər ki, Ləman çox sevincliydi. Əziyyətinin bəhrəsini görmüşdü, lakin olmadı.

Həmin gecə ermənilərin terroru nəticəsində Ləmanla yanaşı, bibisi - 34 yaşlı Xatirə Qəhrəmanova və onun övladları - 11 yaşlı Orxan Xəlilli və 6 yaşlı Məryəm Xəlilli də dağıntılar altında qalaraq dünyasını dəyişiblər.

Nənə Sənayət Qəhrəmanova və oğlu Ramiz Qəhrəmanov dağıntılar altında qalaraq xəsarət alıblar. Lakin dünyasını dəyişmiş əzizlərinin acısı öz yaralarından daha ağırdır.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.