banner
banner

Gündəm

Ermənistan Daşkəsənə mərmi yağdırır, BMT Baş katibi isə “atəşkəs”i alqışlayır

Ermənistan Daşkəsənə mərmi yağdırır,

BMT Baş katibi Antoniu Qeterreş Ermənistanla Azərbaycan arasındakı atəşkəs razılaşmasını alqışlayıb.

Musavat.com bununla bağlı xarici mediaya istinadən xəbər verir. Məlumatda deyilir ki, Baş katib ABŞ, Azərbaycan və Ermənistanın humanitar atəşkəs razılaşması ilə bağlı elan etdiyi mövqeyi alqışlayır. BMT Baş katibinin nümayəndəsi Stefan Dyujarrik bu haqda açıqlamasında 10 oktyabr Moskva, 17 oktyabr Paris razılaşmasından sonra 26 oktyabr səhər saat 08.00-dan elan edilən atəşkəs anlaşmasını vurğulayıb.

Azərbaycan rəhbərliyi rəsmi qurumlara istinadən bəyan edib ki, Ermənistan bu dəfə də atəşkəs razılaşmasını kobud şəkildə pozmaqdadır. Ancaq ordumuza təmkinli olmaqla bağlı tapşırıq verilib. BMT Baş katibinin “alqış” açıqlaması yayıldığı anlarda isə Ermənistanın Berd, Çəmbərək və Vardenis rayonları ərazisindən Azərbaycanın Tovuz, Gədəbəy və Daşkəsən rayonlarının ərazilərinin düşmən tərəfindən atəşə tutulduğu barədə xəbər verildi.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.