Ermənilər bu dəfə azərbaycanlı sənətçiləri “hədəfə" alıb.
Ermənistan mediası məşhur meyxanaçı Mehman Əhmədlini “azərbaycanlı snayperçi şəhid” kimi təqdim edib. Daha sonra isə sosial şəbəkələrdə müğənni Səyyad Əlizadəni də şəhid olmuş snayperçi kimi “tanıdıblar”.
Qeyd edək ki, bundan əvvəl Ermənistan mediası türkiyəli məşhurlar Sərdar Ortaç, Aras Bulut İynəmli, Tarkanın şəkillərini yayımlayaraq, öldürülən Azərbaycan əsgərləri kimi təqdim etmişdilər.



