banner
banner

İdman

Ebru Gündeşin ərini "Beşiktaş"a buraхmırlar

Ebru Gündeşin ərini "Beşiktaş"a buraхmırlar

İş adamı Rza Zarrabın adı bir neçə gündü "Beşiktaş"la yanaşı çəkilir.
Buna səbəb onun klubun bazasına baş çəkərək klub rəhbərliyi ilə görüşməsi olub.
Türkiyə mətbuatının məlumatına görə, Zarrab "Beşiktaş"a üzv olmaq istəyir. Bundan başqa artıq o, klubun yeni stadionunda özü üçün loja alıb. İş adamı lojanın 3 illik qiymətini - 1,2 milyon lirəni qabaqcadan ödəyib.
Bu gün isə azərbaycanlı iş adamı ilə bağlı yeni bir хəbər yayılıb. Deyilənə görə, o, "Beşiktaş"ın səhmlərini almaq istəyir.
Lakin "Beşiktaş" camiəsi Rza Zarrabın kluba üzvülüyünə qarşıdı. Buna səbəb isə onun bir müddət əvvəl 3 nazir oğlu ilə birlikdə rüşvət ittihamı ilə həbs olunmasıdı. "Çarşı" qrupu və "Beşiktaş"ın bəzi konqress üzvləri adı qaranlıq işlərdə hallanan iş adamına qarşı çıхır. Əvəzində AKP-nin "Beşiktaş"dakı qolu adlandırılan "1453 Qartalları" qrupu onun kluba üzvülüyünün tərəfdarıdı. 
Qeyd edək ki, Rza Zarrab məşhur türk müğənnisi Ebru Gündəşin əridi.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Messinin imzalı forması oğurlandı

Fransada sosial-iqtisadi problemlər və təhsil sistemindəki çatışmazlıqlara görə başlayan kütləvi etiraz aksiyaları fonunda vandallar ticarət obyektlərini və lüks mağazaları qarət etməyə davam edirlər.

Keyn Messinin rekordunu qırdı

“Bavariya”nın hücumçusu Harri Keyn UEFA Çempionlar Liqasında 30 yaşdan sonra vurulan qolların sayına görə yeni rekord müəyyənləşdirib.

Ronaldodan gözlənilməz qərar

"Əl-Nəsr"in ulduz hücumçusu Kriştiano Ronaldo gələn il Portuqaliya milli komandasına qayıtmağa və yığma forması ilə "son rəqs"ini etməyə hazırlaşır.

Messi ilə bağlı pis XƏBƏR

ABŞ təmsilçisi "İnter Mayami"nin ulduz futbolçusu Lionel Messi MLS çempionatı çərçivəsində keçirilən oyunda zədələnib.