banner
banner

Gündəm

Hacı Tahir Abbasovun "yediyi"- milyonlar

Hacı Tahir Abbasovun "yediyi"-

Gəncə şəhər “İmamzadə”sindən redaksiyamıza ilginc məlumat daxil olub. Beləki, “İmamzadə”nin Axundu Hacı Tahir Abbasovun mənimsədiyi milyonların hara getdiyi məlum olub.

Göydələnlər, qızıl mağazaları, villalar...

Məlumatda bildirilir ki, Hacı ölkə başçısının “İmamzadə” kompleksinə ayırdığı milyonlar Tahir Abbasovun şəxsi büdcəsinə keçirilib: “Prezident bura iki dəfə pul ayırıb. Kompleksi o məbləğlə “Ginnesin Rekordlar Kitabı”na düşəcək kimi ərsəyə gətirmək olardı. Amma özünü dindar adlandıran, “hacıyam”, “axundam” deyən bu şəxsin Gəncə bir yana qalsın, Bakının ən gözəl yerlərində göydələn tikintisi ilə məşğuldur. İllərdir göydələnlər tikdirir. Çoxlu sayda qızıl mağazaları var. Hər növ geyim magazaları açıb. Bakının ən məşhur Ticarət Mərkəzlərində 1 dənə də olsa “obyekt”i var”.

Məlumatlı mənbə bildirir ki, Tahir Abbasov hər gün un kisələri ilə dolu pul daşıyır: “Gəncə İmamzadəsi kifayət qədər məshurdur. Bura gələn “İmamzadə”ni ziyarət etməmiş getmir. Qonşu rayonlar daxil, Azərbaycanın hər yerindən bura gəlirlər. Təsəvvür edin, onlarla insan gəlir və gün ərzində minimum 1 AZN olmaqla nəzir atır. Amma həmin nəzirlər kisələrlə daşınır. Nəzirlər, ayrılan pullar bir başa Tahir Abbasovun büdcəsinə yatırılır”. 
Elmar Vəliyevlə, Tahir Abbasovun düşmənçiliyi

Mənbə bildirir ki, bir müddət öncə ölkə başçısının sərəncamı ilə Prezidentin Ehtiyyat Fondundan Gəncədəki İmamzadə türbəsinin təmirinə ayrılmış 3 milyon manat vəsait yoxa çıxıb: “Hələ o vaxt Gəncəyə yeni rəhbər gətirilən Elmar Vəliyev isə 3 milyonun taleyi ilə maraqlanır. İcra başçısı İmamzadənin axundu Hacı Tahir Abbasovu yanına çağıraraq, yarımçıq qalmış təmir işlərini davam etdirməsini tələb edib. Hacı Tahir isə buna imkanının olmadığını bildirərək, təmir işinin birbaşa şəhər icra hakimiyyətinə tapşırıldığını xatırladıb. Elmar Vəliyev axunddan tələb edib ki, nəzir qutularına yığılan pullar hesabına təmir-bərpa işi görməlidir. Hacı Tahir Abbasov isə nəzir qutularının Qafqaz Müsəlmanları İdarəsinin möhürü ilə bağlandığını və yalnız QMİ-i əməkdaşlarının açdığını deyib. Tərəflər arasında gedən mübahisə zəminində Elmar Vəliyev “Şeyx, Şeyx” deyən Hacı Tahirə “Şeyx də belə-belə olsun” deyib. Aydındır! Bu hökumətin bütün təmsilçiləri aydındır. Bu aydın münasibət Hacı Tahirin xəstəxanaya düşməsi ilə nəticələnmişdi. Elmar Vəliyevlə Tahir Abbasov bir-biri ilə düşmən olduğunu hamı bilir. Çünki Elmar Vəliyev, T.Abbasovun yediyi milyonları mənimsəməkdə suçlayır. O isə öz növbəsində ona kiminsə müdaxilə edə bilməyəcəyini deyir”.

Tahir Abbasovun “güvəndiyi dağlar”

Məlumatlı mənbə bildirir ki, Hacı Tahir Abbasov Qafqaz Müsəlmanları İdarəsinin rəhbəri Hacı Allahşükür Paşazadənin Qərb bölgəsi üzrə səlahiyyətli nümayəndəsidir: 
“Bu insident Şeyxə od qoyub. Deyib ki, məscidləri sökdünüz dinmədim, azanı kəsdiniz dinmədim, hicabı yığışdırdınız dinmədim, ruhaniləri şərləyib tutdunuz dinmədim, indi də əl uzatdınız nəzir qutularına?! Şeyx söz verib ki, nəzir qutularına uzanan əlləri kəsəcək. Deyibsə kəsər. Şeyxdə aydın olan bir xasiyyət var: nəzir qutuları toxunulmazdı”.

Qeyd edək ki, Dövlət Başçısı daha sonra “İmamzadə”yə 5 milyon manat ayırıb. Amma bu məbləğdə müəmmalı şəkildə yoxa çıxıb. Belə olduğu halda, Tahir Abbasovun göydələnləri, qızıl mağazalarını, ticarət mərkəzlərini, obyektləri, maşın salonlarını, villaları hardan və necə əldə etdiyi az-çox məlum olur.

Haqqındakı iddialarla bağlı Tahir Abbasova dəfələrlə zəng etsək də, cavab vermədi.

Mövzunu davam etdirəcəyik.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.