banner
banner

Gündəm

Ərdoğanın oğlu məhkəməni uduzdu

Ərdoğanın oğlu məhkəməni uduzdu
İstanbul məhkəməsi Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın oğlu Bilal Ərdoğanın Cumhuriyet qəzetinin jurnalisti Canan Coşquna qarşı böhtan haqqında iş üzrə iddiasını rədd edib.
Cia.az xəbər verir ki, 2014-cü ilin sentyabrında C.Coşqun Bilal Ərdoğanı rüşvət almaqda ittiham etmişdi. 
Coşqunun məqaləsinə əsasən, Türkiyədə direktorlar şurası üzvünün Bilal Ərdoğan olduğu təhsilə yardım fondu  bələdiyyəyə qanunsuz təsir göstərərək, İstanbulun mərkəzində tarixi bina alıb. Türkiyə prezidentinin oğlu bunu böhtan sayaraq, Coşquna qarşı məhkəmə iddiası qaldırıb 
Məhkəmə jurnalistin hərəkətlərində cinayət tərkibi tapmadığı üçün kiçik Ərdoğanın iddiasını rədd edib, Hurriyet qəzeti xəbər verir.
Cia.az


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.