banner
banner

Sosİal

İnfeksionist: "İnsanların sosial məsuliyyətsizliyi koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb"

İnfeksionist:

“İnsanların sosial məsuliyyətsizliyi, qaydalara əməl etməməsi, "artıq COVID bitdi" düşüncəsində olması koronavirusa yoluxma sayının artmasına gətirib çıxarıb. Bununla da son 1-2 ayın məsuliyyətsizliyinin nəticəsini biz bu gün yaşayırıq”.  

Bunu APA-ya TƏBİB-in İnfeksion xəstəliklər üzrə İşçi qrupunun üzvü Natiq Əliyev deyib. O bildirib ki, mütləq şəkildə ön cəbhəni düşünüb arxa cəbhədə bir olmalıyıq ki, ön cəbhədəkilərin fikri arxada qalmasın: “Əsgərlərlə görüşlərin olması onları risk faktoruna uğradır. Əks-hücum hərəkətində olan bir dövlətik, bunu düşünərək əsgərlərlə görüşləri məhdudlaşdırmaq və görüşlər olduğu təqdirdə qaydalara mütləq əməl etmək lazımdır”. 

N.Əliyev qeyd edib ki, payız-qış fəslində kəskin respirator və bakterial virus infeksiyaları artır: “İndiki nəticələr də onu deyir. Qış aylarında isə digər bakterial infeksiyaların işə qarışması və pik həddə çatması ilə immun sistemimizin zəifləməsi və yoluxma hallarının artması  gözlənilir”.

Həkimin sözlərinə görə, virusa yoluxmamaq üçün immun sistemini qaldıracaq dərman preparatları yoxdur. O bildirib ki, immun sistemimizi düzgün qidalanma (mövsümi, vitaminli qidalardan istifadə), yuxu və maye balansına əməl etməklə yüksək tutmaq olar.

“Hazırda virusa yoluxanlar arasında 35 yaşdan başlayaraq 60 yaşa qədər şəxslər çoxdur. Ortalama isə yoluxma 40-50 yaş arasındadır”,-deyə N.Əliyev əlavə edib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.