"Atışma yaxınlığımızda oldu" - Xalq artistinin xanımı+Video
Xalq artisti Yusif Eyvazovun həyat yoldaşı, opera ifaçısı Anna Netrebko Avstriyanın paytaxtı Vyanada baş verən terror hadisəsindən danışıb.
Anna hadisəyə baş verən əraziyə yaxın qaldırqlarını bildirib.
"Ətrafımızda, yaxınımızda atışma oldu. Hər şey yaxşıdır. Qonşum qorxdu, həyəcanlandı. O, qışqırır, insanların qaçmağından qorxurdu. İndi çox sakitçilikdir. Bir az əvvəl terroru törədənlər tutuldular. Onlar çox yaxınlıqda idilər. Əllərində silah Vyana küçələrində qaçırdılar. Günahsız ölən insanlara üzülürəm" deyə, ifaçı paylaşımında vurğulayıb.
Qeyd edək ki, Avstriyanın paytaxtı Vyanada sinaqoq yaxınlığında atışma baş verib. Biri polis olmaqla bir neçə nəfər yaralanıb. İnsidenti törədən şəxs özünü partladaraq intihar edib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.