ABŞ prezidenti vəzifəsinə Respublikaçılar Partiyasından namizəd Donald Tramp saat 06:15 üçün 22 825 137 səs toplayıb.
TRend-in "TASS"a istinadən verdiyi məlumata görə, onun əsas rəqibi Demokratlar Partiyasından namizəd Cozef Bayden 22 686 646 toplayıb.
Səslərin sayına görə üçüncü yerdə Libertarian Partiyasından namizəd Co Corqensen (458 674 səs), dördüncü yerdə isə "yaşıllar" partiyasından namizəd Houi Hokins (92 011) qərarlaşıblar.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.