Türkiyəli aktrisa Irmak Ünal da koronavirusa yoluxub.
Axşam.az xəbər verir ki, xəstəxanaya yerləşdirilən aktrisa bu haqda İnstaqram hesabında paylaşım edib.
"Məktəblərin fəaliyyəti bərpa edildikdən sonra İstanbula getmək qərarına gəldim. Orada yaşayan rəfiqələrimdən biri koronvirusa yoluxmuşdu. Məni də o yoluxdurdu. Beynəlxalq uçuşlardan istifadə edən insanlar 14 gün karantində qalmalıdır" deyə, Ünal bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.