banner
banner

Dünya

Bezos "Amazon"un səhmlərini 10,2 milyard dollara satdı

Bezos "Amazon"un səhmlərini 10,2 milyard dollara satdı

“Amazon” şirkətinin rəhbəri Ceff Bezos bu həftə korporasiyanın səhmlərini 3,1 milyard ABŞ dollarına satıb.

“Report” xəbər verir ki, bu barədə çərşənbə günü ABŞ-ın qiymətli kağızlar və birjalar üzrə Federal Komissiyasına yönəldilmiş xəbərdarlıqlara istinadən CNBC telekanalı bildirib.

Sənədlərə əsasən, Bezos “Amazon”un qiymətli kağızlarını avqustda 3,1 milyard ABŞ dollarından, fevralda isə 4,1 milyard dollardan baha məbləğdə satıb.

Bu həftəni nəzərə alaraq, dünyanın ən varlı insanı keçən il 2,8 milyard ABŞ dollarına nisbətdə cari il 10,3 milyard dollardan çox səhm satıb.

Bu ilin üçüncü rübündə “Amazon”un gəliri 96,1 milyard ABŞ dolları təşkil edib, bu, ötən ilin analoji dövrü ilə müqayisədə 37% çoxdur. Ötən il həmin rəqəm 70 milyard ABŞ dolları təşkil edib. Şirkətin gəliri 6,3 milyard ABŞ dolları təşkil edib. Şimali Amerika ərazisində satış 39%, dünyada 37% artıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.