İranın ali lideri ayətullah Seyid Əli Xamenei 3 780 məhkumun əfv edilərək sərbəst buraxılması və ya cəzalarının yüngülləşdirilməsi barədə qanun layihəsini imzalayıb.
“Report” xəbər verir ki, məlumatı “Mehr” xəbər agentliyi yayıb.
Bildirilib ki, İranın ali lideri bu addımı Məhəmməd peyğəmbərin və İmam Cəfər Sadiqin doğumlarının ildönümü münasibəti ilə atıb.
Əfv edilənlər hərbi və müxtəlif mülki məhkəmələrdə mühakimə olunmuş şəxslərdir.
Qeyd edək ki, İran Ali Məhkəmə Məhkəməsinin sədri ayətullah İbrahim Rəisi Məhəmməd peyğəmbərin və İmam Cəfər Sadiqin doğumunun ildönümü münasibəti ilə İranın ali liderinə yazdığı məktubda gərəkən şərtlər daxilində 3 780 məhkumun əfv edilməsi və ya cəzalarının yüngülləşdirilməsini xahi etmişdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.