Rusiyanın paytaxtı Moskva şəhərində koronavirusdan ölənlərin sayı yenidən artıb.
Azvision.az "RİA Novosti"yə istinadən xəbər verir ki, Moskvada son sutka ərzində 75 nəfər COVID-19 infeksiyasından dünyasını dəyişib.
Ümumilikdə paytaxtda koronavirusdan ölənlərin sayı 7215 nəfərə çatıb. Moskvada indiyədək 456 689 nəfər virusa yoluxub, onlardan 332 984 nəfəri sağalıb.


