banner
banner

Hərbİ

MN: Qırmızı Bazar ətrafında düşmən bölmələri ağır itkilər verib

MN:

“Əziz xalqımızı Dövlət Bayrağı Günü və şanlı bayrağımızın azad olunmuş Şuşa şəhərində dalğalanmağı münasibətilə Ordu rəhbərliyi və şəxsi heyət adından təbrik edirəm”.

APA-nın məlumatına görə, bunu Hərbi İnformasiya Mərkəzinin brifinqində Müdafiə Nazirliyinin (MN) mətbuat katibi, polkovnik-leytenant Anar Eyvazov deyib.

O qeyd edib ki, ötən müddət ərzində düşmən qüvvələri Ermənistanın Berd, Çəmbərək rayonları və müxtəlif istiqamətlərdən Tovuz, Gədəbəy və digər istiqamətlərdə olan bölgələrimizi, o cümlədən Bərdə, Ağdam rayonları daxil olmaqla bir sıra yaşayış məntəqələrimizi müxtəlif atıcı silahlardan, toplardan və minaatanlardan atəşə tutub: “Ordumuz tərəfindən yalnız sərhədlərimiz çərçivəsində legitim hərbi hədəflərə qarşı adekvat tədbirlər görülüb. Döyüş əməliyyatları əsasən cəbhənin Ağdərə, Ağdam, Xocavənd və Qubadlı istiqamətlərində davam edir. "Su-25" həmlə təyyarəsi və pilotsuz uçuş aparatlarının tətbiqi ilə hərbi hava qüvvələrimizin cəbhənin Xocavənd istiqamətində endirdiyi aviasiya zərbələri nəticəsində düşmənin səngər və sığınacaqları darmadağın edilib. Əsas komanda məntəqəsində bir neçə yüksək vəzifəli şəxs məhv edilib. Ordumuzun bu istiqamətdə və Qırmızı Bazar məntəqəsi ətrafındakı mövqelərə hücumları qarşısında aciz qalan düşmənin 2-ci və 3-cü motoatıcı alayının bölmələri ağır itkilər verərək müdafiə hədlərini atıb qaçmağa məcbur edilib. Düşmənin xeyli sayda ölü və yaralısı var. Cəbhənin Tərtər istiqamətində bölmələrimizi atəşə tutan düşmənin 10-cu dağatıcı diviziyasının minaatan heyəti də Ordumuzun dəqiq atəşi ilə məhv edilib”.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.