banner
banner

Şou

“Qarabağ xəyal ikən gerçək oldu” – İradə İbrahimova

“Qarabağ xəyal ikən gerçək oldu”

Türkiyədə yaşayan azərbaycanlı müğənni İradə İbrahimova Qələbə sevincini "İnstagram" səhifəsində izləyiciləri ilə bölüşüb.
Musavat.com xəbər verir ki, müğənni Qarabağın işğaldan azad olunmasını daim xəyal etdiyini, artıq xəyalların gerçək olduğunu bildirib:

"Azərbaycanın gözünün nuru Qarabağı alacağıq!" cümləsi xəyal ikən gerçək oldu. Ölmədik, şəhidlərimizin, əsgərlərimizin, zabitlərimizin, böyük ordumuzun sayəsində bu günləri də gördük.
Ruhunuz şad olsun!
Bu torpaq, millət, vətən artıq bizlərə əmanətdir. Əmanətlərinə gözümüz kimi baxmalıyıq, əzizləməliyik. Bir olmalıyıq! Bölünməyə qoymamalıyıq!
Savadlı övladlar yetişdirməliyik. Yeni, möhtəşəm tarixli bir səhifə var önümüzdə.
Çox xoşbəxtəm. Bu gün övladlarıma müjdəni verərkən qürur hissi ilə "Ata Vətəninizin dəstəyi ilə, Ana Vətənimizin işğal altında olan torpaqları azad edildi” dedim.
Yaşasın Azərbaycan dövləti. Yaşasın Ali Baş Komandan!
Sən bizimsən, bizimsən, durduqca bədəndə can,
Yaşa, yaşa, çox yaşa, ey şanlı Azərbaycan!
Qarabağ Azərbaycandır!”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.