Musavat.com xəbər verir ki, koronovirus testinin cavabı müsbət çıxan aktyorun sevgilisi Yıldız Çağrı Atıksoy də test etdirib.
Nəticədə cütlüyün koronavirusa yoluxduğu bəlli olub. İkili karantinə alınıb. "Hər ötən gün səhhətimiz daha da yaxşılaşır. Karantinin bitməsini gözləyirik. Hamı diqqətli olsun. Koronavirus sürətlə yayılır", - deyə aktyor sosial şəbəkədə yazıb.
Qeyd edək ki, aktyor bir müddət əvvəl "Savaşaçı" serialı ilə tamaşaçılar qarşısına çıxmışdı. Hazırda isə onun "Yasak Elma" serialında rol alacağı bildirilir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.