banner
banner

Şou

“Təəccüblənmirəm çünki...” - Nazpəri erməninin evindən fotosunun çıxmasından danışdı

“Təəccüblənmirəm çünki...” -

Xalq artisti Nazpəri Dostəliyeva erməninin evindən fotosunun çıxmasına münasibət bildirib.

Nazpəri Dostəliyeva Musavat.com-a açıqlamasında bu sözləri deyib: "Mən xoşbəxt müğənniyəm. Azərbaycan sənətini bütün dünyada sevdirmişəm, hətta düşmənlərimizə belə. Bununla fəxr edirəm və düşünürəm ki, hamımız bununla fəxr etməliyik. Bir neçə dəfə Almaniyada, İsraildə kliplərimin yayımlanmasını görmüşəm.

Təsadüfən taksidə gedərkən gördüm ki, monitorda kliplərim yayımlanır. Düzdür, çox təəccübləndim və sevindim. Amma bu gün təəccüblənmirəm. Bir halda ki, Azərbaycan musiqisini bütün dünyaya sevdirmişəm, düşmənlərin də musiqimizi sevməsi qaçılmazdır. Demirəm ki, Nazpərini sevirlər, özümü xoşbəxt sənətkar hesab edirəm”.

Xalq artisti qələbə sevincindən də danışıb: "Hər birimiz bu qələbənin gözəl ab-havasını yaşayırıq. Xalqımızın bu gözəl günündə televiziyalara, radiolara çıxıb, təbrik edirəm. Şuşaya gedərkən "Nə olar Allahım, ayırma bizi" və "Şuşanın dağları" mahnısını ifa edəcəm".



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.