banner
banner

Dünya

Moldovanın yeni prezidenti bəlli olub

Moldovanın yeni prezidenti bəlli olub

Moldova Mərkəzi Seçki Komissiyası prezident seçkilərinin ikinci turunda səsvermə bülletenlərinin 97 faizinin nəticələrini açıqlayıb.

“Report” xəbər verir ki, prezidentliyə namizəd, Moldovanın keçmiş Baş naziri Maya Sandu 56,64 (824 min səs) faiz səslə qalib gəlir. Moldavanın hazırki Prezidenti İqor Dodon isə 45,36 (684 min) faiz səs toplaya bilib.

Beləliklə, rəqiblər arasındakı fərq 11 faizi ötüb və ya təxminən 140 min səs təşkil edib.

Artıq Maya Sandu bəyanatla çıxış edib:

“Söz verdiklərimizi həyata keçirmək üçün çox işimiz var. Səs verməyə gələn və bizə inanan bütün insanlara təşəkkür edirəm. Birgə cəmiyyətə ehtiyacımız var. Bizi birləşdirən bir şeyə ehtiyacımız var. Seçkilərdən sonra etməli olduğumuz ilk şey budur. İnsanları qoruyacaq və onlara qayğı göstərəcək dövlət qurmaq lazımdır”- deyə, o bildirib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.