Aktrisa Burcu Kıratlı uzun müddətdən sonra çəkiliş meydanına qayıdıb.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, məşhur yeni filmindəki kənd qızı obrazını İnstaqram hesabında paylaşıb.
Tarlada çəkilən fotoda məşhurun əynində enli şalvar, saçında isə yaylığı var. Onun bu şəklinə minlərlə bəyəni gəlib. Sosial media istifadəçiləri Kıratlının filmini dörd gözlə gözlədiklərini bildiriblər.
Qeyd edək ki, bir müddət əvvəl həyat yoldaşı Sinan Akçıldan ayrılan aktrisa özünü karyerasına həsr edir.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.