Türkiyəli aktyor Mehmet Akif Alakurt izləyicisini təhdid edib.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, “Adanalı”, “Sıla” kimi reytinqli layihələrlə ekranlara gələn aktyor son zamanlar sosial mediadakı paylaşımları ilə diqqət çəkib.
İnstaqram hesabında öz fotosunu paylaşan Alakurta izləyicilərindən biri xoşagəlməz rəy yazıb. Buna əsəbiləşən Mehmet “Bir gün eşitsəniz ki, cinayət törədib kimisə öldürmüşəm, bilin ki bu izləyicilərimdən biridir. Buradan ailələrə səslənirəm ki, uşaqlarınıza düzgün tərbiyə verin ki, gənclərimizlə bağlı üzücü xəbərlər eşitməyək ” sözlərini yazıb.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.