Avstriyanın Federal Prezidenti Haynts Fişer aprelin 24-də “erməni soyqırımı”nın 100-cü ildönümü münasibətilə İrəvanda keçiriləcək yubiley tədbirlərində iştirak etməyəcək. Bu məlumatı Avstriya Mətbuat Agentliyinin sorğusu əsasında Avstriya Prezidentinin Administrasiyasından veriblər. Məlumatda, həmçinin bildirilib ki, Avstriya dövlətini tədbirdə qərargahı Vyanada yerləşən Ermənistan üzrə səfir Alois Kraut təmsil edəcəkdir. Qeyd edək ki, Osmanlı dövləti zamanı müharibələr səbəbindən baş vermiş deportasiya zamanı meydana gələn tələfatları ermənilər bütün dünyaya və o cümlədən Türkiyəyə "soyqırımı" kimi qəbul etdirməyə çalışır. Rəsmi Ankara dəfələrlə bütün arxivləri açaraq mövzunun tarixçilər tərəfindən şəffaf araşdırılmasını təklif etsə də Ermənistan tərəfi bu çağırışa məhəl qoymayaraq bu il aprelin 24-də qondarma "soyqırımının" 100-cü ildönümünü qeyd etməyə hazırlaşır.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.