banner
banner

Gündəm

TRT Qarabağdan reportaj hazırladı: "Acınacaqlı vəziyyət..."

TRT Qarabağdan reportaj hazırladı:

Türkiyənin “TRT Haber” televiziya kanalı Ermənistan işğalından xilas edilən Ağdam rayonundakı tükürpədici vəziyyətlə bağlı geniş reportaj yayıb.

Axar.az xəbər verir ki, talan edilən, qapı və pəncərələrinə, divarlarına qədər sökülüb aparılan evlərin dəhşətli mənzərəsini canlı yayımla tamaşaçılara çatdıran aparıcı real mənzərənin rayon mərkəzi də daxil olmaqla, bölgənin 27 il işğalda saxlanıldığını deyil, sanki əsrlər əvvəl dağıdılıb məhv edilməsi barədə acı təəssürat yaratdığını vurğulayıb. Ağdamdakı dəhşətli mənzərə Ermənistanın vəhşiliyinə daha bir nümunədir. Ağdamda da eynilə Cəbrayıl, Füzuli, Zəngilan və Qubadlıda qarşılaşdığımız acınacaqlı vəziyyətin şahidi olduq.

Diqqətə çatdırılıb ki, artıq Ağdam Cümə məscidinin işıqlandırılıb, hərbi birliklər rayonun minalardan təmizlənməsini davam etdirir.

Qeyd edək ki, Azərbaycanın işğal altındakı torpaqlarını düşməndən azad etmək üçün Silahlı Qüvvələrimizin rəşadətli Qələbəsi ilə nəticələnən möhtəşəm zəfər və təcavüzkar Ermənistanın təslim olması Türkiyənin kütləvi informasiya vasitələri tərəfindən ən əsas mövzu kimi diqqət mərkəzində saxlanılmaqdadır.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.