İraq höküməti silahlı qüvvələri qərbi Anbar əyalətinin paytaxtı olan Ramadi üzərində nəzarəti ələ keçirib.
ANS PRESS-in məlumatına görə, "Tass" xəbər verir ki, bu barədə İranın "Press Tv" telekanalı məlumat yayıb.
“İraq silahlı qüvvələri xalq birləşmələrinin dəstəyi ilə İŞİD terroçularını Ramadidən sıxışdırıb çıxardaraq, şəhər üzərində tam nəzarəti əlinə alıb”- deyə İranın birləşmiş operativ komandanlığının generalı Saad Maan bildirib.
Onun sözlərinə görə hazırda da qızğın döyüşlər davam edir və İraq ordusu İŞİD silahlılarını bu rayondan uzaqlaşdırana qədər hücumu dayandırmayacaq.
Hökümətin hərbi qüvvələri eləcə də Ramadidən Anbar əyalətinin qərbinə doğru İordaniya və Suriya sərhəddinə gedən strateji vacib yolu da nəzarətə alıblar. Bu magistral yol terrorçular tərəfindən Suriyadan qüvvə dəstəyi üçün istifadə edilirdi.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.