BNA: Paytaxtda bəzi yerlərdə parklanmanın pulsuz olması tıxaca səbəb olur
"Hazırda Bakıda bəzi yerlərdə parklanma pulsuzdur və elə bu da şəhərdə tixac yaradan əsas səbəblərdən biridir".
“Report” xəbər verir ki, bunu nlayn keçirilən “Baku City Forum”da Bakı Nəqliyyat Agentliyinin (BNA) Nəqliyyat axınının idarə olunması və təhlili şöbəsinin müdiri Tərlan Səfərov deyib.
Bundan başqa, onun sözlərinə görə, paytaxtın daha 10 küçə və prospektində avtobus zolaqlarının təşkili ilə bağlı Nazirlər Kabinetinin tapşırığı var: “Bildiyiniz kimi əvvəllər 3 küçə və prospektdə avtobus zolaqları təşkil edilmişdi. Əsas məqsədimiz şəhərdə mobilliyin artırılmasıdır. Məhz avtobus zolaqlarının artırılması bizim üçün prioritetdir".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.