Sudanın keçmiş baş naziri və "Al-Umma" müxalifət partiyasının lideri Sadık al-Mahdi 84 yaşında koronavirusdan ölüb.
“Report” xəbər verir ki, bu barədə yerli “Al-Sudani” qəzeti bildirib.
Nəşr qeyd edib ki, al-Mahdidə koronavirus noyabrın əvvəlində aşkar edilib. Çərşənbə günü siyasətçinin vəziyyəti pisləşib.
“Al-Arabiya” telekanalı isə mənbələrə istinadən bildirib ki, Sudanın keçmiş baş naziri BƏƏ-də ölüb.


