Qazaxıstanda səfərdə olan Türkiyə prezidenti bu ölkəyə çatar-çatmaz bir böhran yaşanıb.
Haberler.com-un verdiyi məlumata görə, Rəcəb Tayyib Ərdoğanla Qazaxıstana gələn birinci xanım Əminə Ərdoğan səfirə acıqlanıb. Qazaxıstanda təmaslarına davam edən Ərdoğan ilk gün paytaxt Astanada olan "Vətən qoruyucuları" abidəsinə əklil qoyub. Mərasim zamanı geridə qalan və harada dayanacağını bilməyən Əminə Ərdoğan protokoldan məsul olan səfir Şevki Mütevellioğlunu sərt əl işarələri ilə yanına çağırıb. Birinci xanımın səfirə əsəbi şəkildə nə isə dediyi kameraların obyektivindən qaçmayıb.//Virtualaz.org
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.