banner
banner

Gündəm

Koronavirusdan ölən tanınmışlar...

Koronavirusdan ölən tanınmışlar...

Onlar bu amansız xəstəliklə sonadək mübarizə apara bilmədilər

Ötən ilin mart ayında ölkəmizdə koronavirus pandemiyası yayılmağa başlayanda, heç kimin ağlına belə gəlməzdi ki, virus neçə-neçə canlar alacaq. İlk vaxtlarda bu xəstəliyə  inanmayanlar da vardı... Amma 9 ay ərzində COVİD-19 ölkəmizdə yüzlərlə insanın ölümünə səbəb oldu. Onlar arasında ölkəmizin ictimai-siyasi həyatında mühüm rol oynayan şəxsiyyətlər də var. Virus qurbanları arasında tanınmış həkimlər, jurnalistlər, vəkillər, hakimlər oldu, təəssüflə qeyd edilməlidir ki, onlar  bu amansız xəstəliklə sonadək mübarizə apara bilmədilər... 

 

Tahir Əlirzayev: “Mediasiya haqqında” qanunun tətbiqi məhkəmələrin iş  yükünü əhəmiyyətli dərəcədə azaldacaq VİDEO - AZƏRTAC – Azərbaycan Dövlət  İnformasiya Agentliyi

Tanınmış vəkil, 22 saylı Vəkil Bürosunun rəhbəri Tahir Əlirzayev bir neçə gün əvvəl koronavirusdan vəfat edib.

Onun vəfatından bir neçə gün sonra isə digər vəkilimiz Adil İsmayilov da COVİD-19-dan vəfat etdi. Onun ölüm xəbəri hər kəsi sarsıtdı... 

Vahid Tağıyev — Vikipediya

Ağsu Rayon İcra Hakimiyyətinin başçısı Vahid Tağıyev də koronavirusdan vəfat edənlərin sırasındadır. O, Azərbaycan Respublikası DTK, MTN və DTX-də hərbi qulluqda əməliyyat müvəkkili, baş əməliyyat müvəkkili və rəis vəzifələrində işləyib. 2006-cı ildə “Hərbi xidmətə görə medal”ı ilə təltif edilib.

Bakı Apelyasiya Məhkəməsinin hakimi Namiq Məmmədov da koronavirusdan vəfat edib. 1965-ci il təvəllüdlü Namiq Məmmədov daha əvvəl Bakı şəhəri 14 və 4 saylı hüquq məsləhətxanalarında vəkil, Ağdam Rayon Məhkəməsində, Şirvan və Şəki Apelyasiya məhkəmələrində hakim işləyib.

AzTV-nin koronavirusdan vəfat etmiş rejissoru - 36 yaşlı Samirin FOTOLARI

Təəssüflə qeyd etmək lazımdır ki, COVİD-19 bizdən ən peşəkar jurnalistlərimizi də aldı. Son səs yazısı ilə hər kəsi riqqətə gətirən AzTV-nin əməkdaşı Samir Nəcəfzadənin ölüm xəbəri bütün ölkəni məyus etdi.

Tanınmış jurnalist Əmrah Fəqanoğlu koronavirusdan vəfat etdi –  SumqayitXeber.Com

İctimai Televiziyanın İnformasiya Departamentinin böyük redaktoru, tanınmış jurnalist Əmrah Fəqanoğlu da bu virusun qurbanı oldu. Jurnalist  Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsini bitirib, tələbəlik illərində televiziya və radioda bır sıra verilişlərin ssenari müəllifi, aparıcısı olub.  O, “Media açarı” mükafatı laureatıdır. Mərhum jurnalist “Şəfəqi solmayan ömür”, “Gözümü açandan Vətən sən oldun!” adlı kitabların müəllifidir.

Qələndər Xaçınçaylı: Didərgin

Tanınmış şair-jurnalist Qələndər Xaçınçaylı da koronavirusla mübarizə apara bilməyib. Jurnalist  ölkə başçısının sərəncamı ilə “Tərəqqi” medalına layiq görülüb. O, 5 şeir kitabının müəllifidir

Teymur Mustafayev xüsusi qaydalar əsasında dəfn ediləcək

Koronavirusdan ölənlər arasında sənət adamları da var. Milli musiqi sənətinin tanınmış nümayəndələrindən biri, Xalq artisti, Prezident təqaüdçüsü Teymur Mustafayev iyunun 11-də ömrünün 82-ci ilində koronavirusdan vəfat etdi.

Medicina.az - “Fikrət Namazov koronavirusa ad günündə yoluxmayıb"–  Onkoloqun ailəsindən ETİRAZ

Azərbaycan Tibb Universitetinin Onkologiya kafedrasının dosenti, tanınmış həkim-onkoloq Fikrət Namazov da bu virusdan vəfat edib.

Qeyd edək ki, virusdan ölənlərin əksəriyyəti yanaşı xəstəliyi olan şəxslərdir. Koronavirusa inanmayan şəxslər bunu əsas götürərək COVİD-19 səbəbi ilə dünyasını dəyişənlərin başqa xəstəliyin qurbanı olduğunu iddia edirlər. Lakin bu proses tamamilə bədənin virusla mübarizə mexanizmi ilə bağlıdır. Belə ki, bədən bütün gücünü orqanizmə düşən virusla mübarizəyə sərf etdiyindən immun sistemi tamamilə zəifləyir və ölümlə nəticələnir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.