banner
banner

Dünya

Qorbaçov: "Raisa ilə mən oğlumuzu itirdik"

Qorbaçov: "Raisa ilə mən oğlumuzu itirdik"

"Oğlumun adını Sergey qoyacaqdıq.

Lakin həkimlər Raisaya səhhətinə görə uşaq dünyaya gətirməyi qadağan etdilər. Ürəyi dözməyə bilərdi. Mən seçim etməli oldum; ya Raisa, ya oğlum. Mən də oğlumdan imtina etdim. Məcburən hamiləliyi yarımçıq saxladıq".

ANS PRESS-in məlumatına görə, bunu Rusiya mətbuatına müsahibəsində SSRİ-nin ilk və sonuncu prezidenti Mixail Qorbaçov bildirib.

Jurnalistin "Yenidən həyata başlasaydınız, sadə həyat yaşamaq istərdinizmı" sualına Mixail Qorbaçov "Xeyr. Mən həyatımı dəyişməzdim, amma çox şeyi daha yaxşı – fərqli edərdim. Heyf ki, SSRİ-də yenidənqurmanı sona çatdıra bilmədim. Çox şey yarımçıq qaldı. Lakin etdiklərim də öz bəhrəsini verdi. Ölkə dəyişdi, aşkarlıq yarandı. Bundan başqa, mən sevinirəm ki, Krım Rusiyaya birləşdirildi. Çünki insanlar Ukraynada öz istəkləri ilə yaşamırdılar", - deyə cavab verib.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.