banner
banner

Gündəm

Həsənov Qərbə sərt mesaj verdi

Həsənov Qərbə sərt mesaj verdi

Avropa Parlamentindən nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır.
Cia.az-ın məlumatına görə, bunu baş nazirin müavini, Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin sədri Əli Həsənov Azərbaycanda rəsmi səfərdə olan İran İslam Respublikasının əmək, kooperasiya və sosial təminat naziri Əli Rəbii ilə Bakıda keçirdiyi birgə mətbuat konfransında Avropa Parlamentin uydurma “erməni soyqırımı” ilə bağlı qəbul etdiyi qətnamə barədə fikirlərini açıqlayarkən bildirib.
Baş nazirin müavini qeyd edib ki, bu, təzə bir şey deyil və onun qəbul edilməsi təəccüblü də deyil: “Onların qərarının heç bir mənası da yoxdur. Onlardan nə isə yaxşı bir şey gözləmək cəfəngiyyatdır. Mən Türkiyədən olan rəsmi şəxslərlə görüşdə həmişə onlara deyirdim ki, Avropa İttifaqına daxil olmayın. Buna heç cəhd də etməyin. Çünki sizi qəbul etməyəcəklər. Bununla bağlı Roma Papasının çıxışına gəlincə, deyə bilərəm ki, bu, Azərbaycan ictimaiyyəti tərəfindən böyük narazılıqla qarşılanır və Milli Məclisdə də müzakirə olunur”.

Ə.Həsənovun fikrincə, ona görə də Azərbaycan ümumiyyətlə nə Qərbdən, nə Avropadan, nə də Rusiyadan kömək gözləməlidir: “Yalnız dövlətimiz, xalqımız və prezidentimizə güvənin. Mən doğulduğum yeri görməmiş ölmək istəmirəm. Ermənistan tərəfi hələ ki, heç bir nəticə çıxarmır. Çünki oradakı rejim belədir. Orada heç xalq da qalmayıb. Hamı çıxıb gedir”.

O, işğalçı Ermənistana təzyiq göstərilməsi məsələsinin bu gün iranlı nazirlə görüşdə müzakirə olunduğunu da deyib: “Ermənistan-Azərbaycan, Dağlıq Qarabaq münaqişəsi məsələsində İran Azərbaycanın haqq işini dəstəkləyir və dəstəkləyəcək. Bu gün iranlı nazirlə görüşdə də ona bildirdim ki, sizin Ermənistana təzyiq imkanlarınız çoxdur. Bundan istifadə edib təzyiq göstərin”.

Cia.az



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Məkkə sazişi qüvvəyə minib

Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.

COP31: Leyla Əliyeva mühüm müzakirələrdə iştirak edib

IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.

İlham Əliyev "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində dəyirmi masada iştirak edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.