banner
banner

Sosİal

İnfeksionist: Xəstəlik əvvəlki aylarda olan simptomlarla özünü göstərir, fərqli xüsusiyyət yoxdur

İnfeksionist:

İnfeksionist: Xəstəlik əvvəlki aylarda olan simptomlarla özünü göstərir, fərqli xüsusiyyət yoxdur"Hazırda koronavirusla bağlı epidemik durum kritikdir. Gündəlik yoluxmanın 4000 üzərində olması yüksək göstəricidir. Tədbirlər görülməsə, bu göstərici gündəlik 5000-dən çox olacaq. Yoluxmanın əsas səbəbi əhalinin profilaktik tədbirlərə tam riayət etməməsi, maskalardan və dezinfeksiyaedici vasitələrdən istifadə olunmaması, eyni zamanda havaların soyuması ilə əlaqədar virusun virulentlik və patogenliyinin artması nəticəsində daha çox yayılmasıdır. Havalar soyuduqca insanlar qapalı məkanlara daha çox üz tutur. Qapalı məkanlar da virusun daha tez yayılmasına gətirib çıxarır".

Musavat.com e-tibb.az-a istinadən bildirir ki, bunu infeksionist, Azərbaycan Tibb Universitetinin Yoluxucu xəstəliklər kafedrasının əməkdaşı Vüqar Cavadzadə deyib.

İnfeksionist vurğulayıb ki, hazırda xəstəlik iyun-iyul aylarına nisbətən yüngül keçir: "Yay aylarında ağır, stasionar müalicəyə ehtiyacı olan xəstələrin sayı daha çox idi. Amma indi yoluxma halı çox olsa da, ağır xəstələrin sayı yaya nisbətən azdır. Bunu klinik olaraq gündəlik xəstələr arasında görürük. Hazırda xəstəlik əvvəlki aylarda olan simptomlarla özünü biruzə verir. Fərqli bir xüsusiyyət yoxdur. Xəstələrdə, əsasən, hərarətin olması, quru öskürək, iy və dadbilmə qabiliyyətinin itməsi, bəzi xəstələrdə ishalın olması - bu kimi əlamətlər daha çox özünü göstərir. Yəni bu əlamətləri daha çox müşahidə edirik".

V. Cavadzadə qeyd edib ki, koronavirusun ürəkdə müəyyən problemlər yaratması ilə bağlı fikirlər doğrudur: "Koronaviruslu xəstələrlə işlədiyim müddətdə xüsusən yaşlı insanlarda ürəkdə problemləri şəxsən müşahidə etmişəm. Bu xəstələrdə daha çox perikardit əlamətləri olub, bu, perikard boşluğunda mayenin miqdarının artmasıdır. Bundan başqa ikincili intoksikasiya fonunda yarana bilən və ya ağciyər fəaliyyətinin pozulması nəticəsində olan problemləri müşahidə edirik".

İnfeksionistin sözlərinə görə, hazırda gündəlik 4000 yoluxma ancaq test aparılanlarda üzə çıxan rəqəmdir: "Lakin evdə olan, test olunmayan xəstələr də var. Demək olar ki, yoluxma daha çoxdur. Fikrimcə, yoluxmanın qarşısını almaq üçün 2-3 həftəlik sərt karantin rejiminə keçmək lazımdır. Hesab edirəm ki, yoluxmalar daha çox ictimai nəqliyyatda olur. Nəqliyyatda insanların sayı həddən artıq çoxdur. Bu da yoluxmanın sürətlə yayılmasına səbəb olur. Sərt karantinə getmək lazımdır ki, xəstəliyin sayı daha da artmasın".

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.