“Xəzər” televiziyası ilə yollarını ayıran aparıcı Zaur Kamalın yeni iş yeri bəlli olub.
Teleaparıcı ATV-də fəaliyyətə başlayır. Bu haqda müğənnilər Sevil və Sevinc Səfərova sosial şəbəkədə məlumat paylaşıblar. "Xoş gəlirsən. Bu xəbərə çox sevindik", - deyə müğənnilər bildiriblər.
Qeyd edək ki, Sevil və Sevinc Səfərova bacıları “Xəzər” TV-də "Hər şey daxil" verilişinin aparıcıları olublar. Onlar hazırda ATV-də "Birəbir" adlı verilişə aparıcılıq edirlər.
Bir müddət əvvəl isə Z.Kamalın “Xəzər”in nəzdində fəaliyyət göstərən “Dalğa” TV-də aparıcılıq edəcəyi deyilirdi. Ötən gün o, “Xəzər” televiziyası ilə yollarını ayırdığını açıqlamışdı.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.