banner
banner

Dünya

Köçəryan axır ki, Moskvaya getdi

Köçəryan axır ki, Moskvaya getdi

Ermənistanın sabiq prezidenti Robert Köçəryan Moskvaya üçgünlük özəl səfərə gedib.

Axar.az xəbər verir ki, o, dekabrın 18-də Moskvada “Sistem” Səhmdar Maliyyə Korporasiyasının Direktorlar Şurasının iclasında iştirak edəcək.

Köçəryan həmin müəssisədə 2009-cu ildən “müstəqil direktor” vəzifəsində çalışır.

Qeyd edək ki, Köçəryan İkinci Qarabağ savaşında Rusiyadan dəstək almaq üçün Paşinyanın razılığı ilə Rusiyaya getməli idi. Lakin son anda onu Moskvada rəsmi şəxslərin gözləmədiyini bildiyi üçün səfərdən imtina etmiş, bəhanə kimi isə koronavirusa yoluxduğunu açıqlamışdı.

Köçəryan haqda cinayət işi var və onun ölkəni tərk etməsi qadağandır. Ona pasport müvəqqəti olaraq Paşinyanın istəyi ilə verilmişdi və Ali Məhkəmə yalnız bir həftə müddətində onun ölkəni tərk edə biləcəyi haqda qərar qəbul etmişdi.

Köçəryanın indiki halda ölkəni necə tərk edə bildiyi açıqlanmayıb.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.