banner
banner

Hərbİ

Hulusi Akar: “Türkiyədə minlərlə azərbaycanlı zabit təhsil alır”

Hulusi Akar: “Türkiyədə minlərlə azərbaycanlı zabit təhsil alır”

“BMT, habelə ABŞ, Fransa və Rusiyanın həmsədri olduqları ATƏT-in Minsk qrupu 30 il ərzində Dağlıq Qarabağ münaqişəsinin həlli prosesində heç bir iş görmədilər”.

APA-nın “haber7.com”a istinadən verdiyi xəbərə görə, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar jurnalistlərin suallarını cavablandırarkən deyib.

O bildirib ki, ölkəsi bu məsələdə Azərbaycana lazımi dəstəyi verib: “Azərbaycan işğal edilmiş ərazilərini özü azad etdi. 8 noyabrda Şuşanın azad edildiyi günü “Zəfər Günü” elan etdilər. Digər tərəfdən, bu oyanış hərəkatı oldu. Türkiyə Prezidenti Rəcəb Tayyib Ədoğan və Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə daha geniş əməkdaşlığın təməli qoyuldu”.

Bu yaxınlarda Dağlıq Qarabağda ermənilərin atəşkəsi pozmasına da münasibət bildirən müdafiə nazirinin sözlərinə görə, Azərbaycan qarşı tərəfə lazımi cavabı verib.

O qeyd edib ki, təhsil-təlim çərçivəsində Türkiyənin Azərbaycanla əməkdaşlığı daha geniş və əhatəli olacaq.

Türkiyədə minlərlə azərbaycanlı zabitin təhsil aldığını bildirən H. Akar Türkiyə və Azərbaycanın müdafiə sənayesi üzrə əməkdaşlığının əhəmiyyətini də vurğulayıb.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.