banner
banner

Dünya

Arvadı başqa kişi ilə öpüşən prezident boşanır- FOTOLAR

Arvadı başqa kişi ilə öpüşən prezident boşanır-

Bir kafedə başqa kişi ilə öpüşməsi ilə ölkə səviyyəsində qalmaqala imza atan Estoniyanın birinci xanımı ayrılır. Cia.az-ın məlumatına görə, Estoniya prezidenti həyat yoldaşı ilə yollarını ayırmaq haqqında qərar qəbul edib. 
Tomas Hendrik Ilves və Evelin Ilvesin boşanması barədə ölkənin prezident aparatından rəsmi məlumat verilib. Yazılı açıqlmada Ilveslərin boşanma qərarının şəxsi bir vəziyyətlə əlaqədar olduğu qeyd edilib. Boşanmadan sonra cütlüyə məxsus "Erma" turizm kompleksinin idarəsi də tamamilə prezidentə keçəcək. Bununla o 300 min avro dəyərindəki kredit və maliyyə öhdəliklərini də qəbul etmiş olacaq. 
Ailəyə aid olan Tallinndəki 3 otaqlı mənzil birinci xanıma qalacaq. 

Boşanmadan sonra ixtisasca həkim olan birinci xanım dövlətdən aldığı prezidentin həyat yoldaşı maaşı (2100 avro), maşın, sürücü, özəl katibə və təhlükəsizlik xidməti ilə təmin ediləcək.
2004-cü ildə ailə quran cütlüyün Kadri Keiu adlı qızı var. 

Qeyd edək ki, Evelin Ilves prezidentin ikinci həyat yoldaşıdır. O, ilk dəfə amerikalı psixoloq Merri Bullokla ailəli olub. İlk evlilikdən Lukas Kristjan adlı oğlu və Cuulija Kristin adlı qızı var. 

Estoniya mətbuatı cütlüyün ayrılığına səbəb kimi ötən ilin avqust ayında birinci xanımın başqa bir kişi ilə səmimi yayılan fotolarını göstərib. 
Onun Tallindəki kafedə gənc bir şəxslə öpüşməsi Baltik ölkəsində böyük qalmaqala səbəb olmuşdu. 






Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.