Standard & Poor's kredit reytinqi agentliyi Rusiyanın uzunmüddətli və qısamüddətli fond kredit reytinqini BB+/B olaraq təsdiqləyib və proqnozun mənfi olduğunu bildirib. Agentlik bildirib ki, Rusiyanın xarici və maliyyə buferləri qarşıdan gələn 12 ayda pisləşərsə, reytinqi bir az da endiriləcək. Ümumiyyətlə, Rusiyanın reytinqini hökumətin aydın borc siyasəti sabit saxlayır və bu vəziyyət 2015-2018-ci illərdə davam edə bilər. Xatırladaq ki, S&P-nin proqnozları Ukrayna böhranı həllini tapmasa, Rusiya üzərindəki sanksiyaların saxlanacağına hesablanıb.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.