banner
banner

Sosİal

3 nəfər idilər: ikisi öldü, biri isə parkda gecələyir- Bakının səfilləri VİDEO

3 nəfər idilər:

Bakının Nizami rayonunda yerləşən parklardan birində yaşayan 3 səfildən ikisi dünyasını dəyişib. Sağ qalan 1 nəfər isə soyuq havada, parkda skamyaların üstündə gecələyir...

Musavat.com olaraq səfil həyatı yaşayan Cavanşir İsmayılovun vəziyyəti ilə maraqlandıq.

60 yaşlı Cavanşir İsmayılovun ailəsi yoxdur. Özünün dediyinə görə kimsəsizdir.

O bildirir ki, rəsmi qurumlarla onun sığınacağa aparılacağı barədə 5 dəfə danışıq olub. Amma heç bir tədbir görülməyib.

Musavat.com olaraq əvvəlcə Zabratdakı Dövlət Sosial Müdafiə Fondunun tərkibində olan 18 yaşdan yuxarı şəxslər üçün sosial sığınacaqla əlaqə saxladıq.

Sığınacaqdan bildirildi ki, pandemiya ilə əlaqədar olaraq qapalı rejimdə fəaliyyət göstərirlər. Sığınacağa gətirilən şəxslər əvvəlcə koronovirus testindən keçirilməlidir. Prosedura uyğun olaraq bu barədə icra hakimiyyətinə və ya "102 zəng xidməti"nə məlumat verməyimizi məsləhət gördülər.

Biz də öz növbəmizdə "102 zəng xidməti"nə zəng edərək bu barədə məlumat verdik.

Cavanşir İsmayılovun durumu ilə bağlı daha ətraflı aşağıdakı videodan məlumat ala bilərsiniz:

 



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.