SMS icazə ilə bağlı açıqlama: Yanvarın 18-nə kimi...
Xəbər verdiyimiz kimi, dekabrın 22-də Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 2 284 yeni yoluxma faktı qeydə alınıb, 4 392 nəfər müalicə olunaraq sağalıb və evə buraxılıb, 41 nəfər isə vəfat edib. Bu azalma davam edərsə, gələn həftə Azərbaycanda "SMS icazə" sistemi ləğv edilə bilərmi?
Bununla bağlı danışan deputat Müşfiq Cəfərov son günlər rəqəmlərin azalmasının ürəkaçan olduğunu bildirib.
"Belə ki, artıq gündəlik yoluxmaların sayı 4000-dən 2000 minə düşüb. Bu sayın iki dəfə azalması çox yaxşı nəticədir. Artıq azalma davam edərsə, gündəlik yoluxma sayı 3 rəqəmliyə enə bilər. Amma hər hansı yumşalma və "SMS icazə" ilə bağlı konkret fikir söyləmək çətindir, çünki gələn həftə bizdə bayram günləridir. Bayrama yaxın yumşalma etmək düzgün olmazdı. Çünki insanlar bayram günlərində bir-birilərinin evinə qonaq gedir, kütləvi toplaşaraq bayramı qeyd edirlər. Təbii ki, buna yol vermək olmaz", - deputat deyib.
Deputat qeyd edib ki, yoluxma daha çox insanların kütləvi toplaşdığı yerlərdə olur:
"Hər hansı bir şəxsin yoluxması insanları kütləvi şəkildə yoluxdura bilər. Ona görə yanvarın 18-nə kimi tətbiq edilən "SMS icazə" sistemini gözləməliyik. Yanvarın 18-dən sonra bu məsələyə baxıla bilər və vəziyyətə uyğun olaraq, "SMS icazə" sistemi ləğv edilə bilər. Təbii ki, qoyulan qaydalara əməl etmək şərti ilə. Amma böyük şəhər və rayonlarda yumşalmalara getmək hələ tezdir. Yoluxma sayını heç olmasa üç rəqəmliyə endirmək lazımdır".
Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.
Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.
Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.