Beynəlxalq PEN klubu ABŞ prezidenti Barak Obamaya qalmaqallı məktub göndərib. Barak Obama, dövlət katibi Con Kerri və Konqresə ünvanlanan məktubda PKK terror təşkilatının terror siyahısından çıxarılması tələb edilir. Məktuba bildirilir: "PKK-nı xarici terror təşkilatları siyahısından çıxarılmasını tələb edirik. Bu qurum ABŞ və onun vətəndaşlarına qarşı heç bir təhlükə törətmir və törətməmişdir. Bundan başqa gün keçdikcə ABŞ vətəndaşları başa düşürlər ki, artıq kürt xalqı ABŞ üçün önəmli müttəfiqdir. Kürt xalqı radikal islamçıların təhlükəsinə Yaxın Şərqdə nəzarət edə, İraq və Suriyada təhülkəsizliyi təmin edə biləcək qüvvədir".
Qeyd edək ki, PEN klubu bütün dünya yazıçılarını birləşdirən təşkilatdır və mərkəzi London şəhərindədir.
Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Sinqapur kibertəhlükəsizlik şirkəti CloudSEK-in araşdırmasına görə, Qazaxıstanla əlaqəli olduğu güman edilən bir qrup haker Tacikistanın milli təhlükəsizliyi ilə bağlı 2000-dən çox sənədi oğurlamaq üçün süni intellektdən (Sİ) istifadə edib.
Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.
Türkiyənin İzmir vilayətində yerləşən HABAŞ Dəmir-Polad Zavodunda güclü partlayış baş verib. Hadisə nəticəsində ölənlərin sayı 6 nəfərə yüksəlib, 13 nəfər yaralanıb.