Hasan Kartal: “Qarabağ hər bir türkün məsələsidir”
CBC Sport kanalında efirə gedən “Türkiyədən futbol” verilişində qonaq olan Super Liqa təmsilçisi “Ç.Rizəspor” klubunun prezidenti Həsən Kartal Azərbaycanın İkinci Vətən müharibəsində qazandığı qələbə münasibətilə xalqımıza təbriklərini çatdırarkən göz yaşlarına hakim ola bilməyib.
Musavat.com-un məlumatına görə Klub prezidenti deyib ki, Qarabağ mövzusu sadəcə Azərbaycanın deyil, hər bir türkü maraqlandıran məsələdir:
“Ona görə də, qazanılan zəfər hər bir türkü çox sevindirib. Siz və biz deyə ayrı-seçkilik yoxdur, hamımız birik. Milli məsələ olduğu üçün bu mövzuda danışarkən özümü saxlaya bilmirəm, qəhərlənirəm. İnşallah bundan sonra türk milləti heç zaman zərər görməz, dünyada ancaq uğur qazanar. Azərbaycanda və ya Türkiyədə yaşayan türk deyə bir şey yoxdur. Türklər bütövdür, birdir”.
İngiltərənin “Çelsi” klubunun baş məşqçisi təyin olunan Xabi Alonso ilə bağlı transfer iddiaları Avropa futbol gündəmini hərəkətə gətirib. İngiltərə mətbuatında yayılan xəbərlərə görə, ispaniyalı mütəxəssis keçmiş yetirməsi Arda Güləri də Londona gətirmək istəyir.
Bərdə rayonunda "SkyFit" idman zalında yoxlama keçirilib, mənşəyi bilinməyən idman qidaları aşkarlanıb.
Bu barədə Qida Təhlükəsizliyi Agentliyi məlumat yayıb