banner
banner

Hərbİ

Atəşkəs dövründə daha bir əsgərimiz şəhid oldu - təxribat edən ermənilər 6 təlafat verdi

Atəşkəs dövründə daha bir əsgərimiz şəhid oldu -

Hadrut istiqamətində Beyləqanın Qəhrəmanlı qəsəbə sakini, 1982-ci il təvəllüdlü Qənbərov Elmir Rayil oğlu erməni diversantların hücumu nəticəsində şəhid olub.

Cia.az xəbər verir ki, bu barədə Meydan TV-nin təmsilçisi Həbib Müntəzir sosial şəbəkədə məlumat paylaşıb. O, xatırladıb ki, E.Qənbərov iki gün öncə “Cəbrayılın azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif edilmişdi.

Əsgərimizin şəhid olması xəbərini yaxınları da təsdiqləyib. Sosial şəbəkədə özünü onun bibisi oğlu kimi təqdim edən Rəşad İsgəndərov bu barədə aşağıdakıları yazıb: “Elmir dayım oğlu idi. Sonuncu dəfə dünən zəng edib danışmışdıq. Füzuli və Cəbrayılın işğaldan azad olunmasına görə aldığı medal münasibətilə təbrik etmişdim. Sonuncu danışığımız olduğu heç ağlıma gəlməzdi.Allah rəhmət etsin, qardaş. Atəşkəs dövründə bu cür təxribatlara nə ad vermək olar?”

H.Müntəzir daha sonra digər məlumatları da sosial şəbəkə vasitəsilə paylaşıb: “Xocavəndin Tuğ kəndi tərəfdən 2 şəhid və bir əsir xəbəri var. Şəhidin biri yaxınları tərəfindən təsdiqləndi. Digər xəbər isə Azərbaycan ordusunun Xüsusi Təyinatlı Qruplarının əraziyə yollandığı və təmizlik üçün hərbi əməliyyatın başlandığı deyilir. Bizdən 2 şəhid, 5 yaralı və 1 əsir var. Qarşı tərəfdən isə 6 nəfər öldürülüb, 6 nəfər isə əsir götürülüb. Ermənilər qazdıqları iri tunel vasitəsiylə diversiya hücumu təşkil ediblər, hazırda əks antiterror əməliyyatı keçirilir”.

Musavat.com xəbər verir ki, bu xəbər hələlik rəsmi səviyyədə öz təsdiqini tapmayıb. Amma atəşkəs dönəmində əsgərlərimizin şəhid olması və bunun mümkün nəticələri artıq cəmiyyəti hərəkətləndirib.

Qeyd edək ki, erməni diversantların Zəngilandakı komendant postuna da hücum etdikləri, nəticədə Azərbaycan tərəfdən 1 nəfər hərbçinin yaralandığı deyilir.



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Azərbaycan Ordusu gücləndirilir, hərbi sahədə islahatlar davam etdirilir

Son illərin döyüş təcrübəsi göstərir ki, qələbə artıq təkcə canlı qüvvənin və ənənəvi silahların sayı ilə deyil, texnoloji üstünlük, məlumatın ötürülmə sürəti və idarəetmənin çevikliyi ilə müəyyən olunur. Bu reallıqlar nəzərə alınaraq, Azərbaycanda da müasir çağırışlara cavab verən ordunun qurulması istiqamətində islahatlar davam etdirilir.

Kimlər yenidən hərbi xidmətə aparılacaq? — AÇIQLAMA

Azərbaycanda hərbi xidmətə yararlılıq qaydalarına edilən dəyişikliklər və xüsusilə xəstəlik səbəbindən vaxtilə xidmətdən kənarda qalan şəxslərin yenidən müayinə olunması məsələsi gündəmdədir. Əsas diqqət müalicə nəticəsində sağalan və ya vəziyyəti stabilləşən vətəndaşların yenidən ordu sıralarına cəlb edilməsi imkanlarına yönəlib. Bu prosesdə xroniki olmayan və ya müvəqqəti xarakter daşıyan xəstəliklərin qiymətləndirilməsi mühüm rol oynayır.