Kəklikotu əsrlərdir ki, ən faydalı bitkilərdən hesab olunur. Kəklikotu hər zaman daha çox qrip, zökəmin dərmanı sayılıb. Bu bitkinin tənəffüs yollarından tutmuş, immunitet sisteminə, ürək-damar, diş əti xəstəliklərinə qədər bir çox faydalarının olduğu məlumdur. Pandemiya dövründə sonsuz faydaları olan kəklikotuna tələbat daha da artıb.
Milli.Az e-tibb.az-a istinadən bildirir ki, Türkiyədən olan bitkişünas Aktar Özfidancı deyib ki, pandemiya dövründə kəklikotu və kəklikotu yağının satışında ciddi artım yaranıb. O qeyd edib ki, bu bitki həm immunitet sistemini gücləndirir, həm də tənəffüs yollarının xəstəliklərinə yaxşı təsir göstərir. Mütəxəssis deyib ki, hazırda pandemiya dövründə olduğumuz üçün ən vacib məqam immunitet sisteminin güclənməsidir. Onun sözlərinə görə, kəklikotu immun sistemini gücləndirməklə yanaşı tənəffüs sisteminə, ağciyərlərə müsbət təsir edir. Bundan başqa, ürək-damar sistemi, damarların atereosklerozu, qadınlarda menstruasiya pozğunluğu və psixoloji baxımdan narahatlıqlarla bağlı bir çox faydaları var.
Onun sözlərinə görə, pandemiya dövründə otun özünün və yağının satışı ciddi şəkildə artıb. Kəklikotu yağını həm su ilə qarışdırıb, həm də birbaşa içənlər var. Amma kəklikotu ən çox çay-dəmləmə şəklində istifadə olunur.
Soyuqdəymə zamanı bir çox insan burun axıntısından, boğaz ağrısından və digər narahatlıqlardan tez qurtulmaq üçün xalq təbabəti üsullarına müraciət edir. Lakin uşaqlıqdan eşitdiyimiz və illərdir istifadə etdiyimiz bəzi üsullar sağalmağa kömək etmək əvəzinə, vəziyyəti daha da ağırlaşdıra bilər.
Arıqlamaq istəyənlərin, xüsusilə də qarın nahiyəsindəki artıq piylərdən şikayət edənlərin marağına səbəb olan sadə resept mövcuddur. Cəmi 5 inqrediyentdən hazırlanan qatıq qarışımı ara yemək kimi qidalanma rasionuna daxil edilə bilər.
Payızda tez yorulmaq, üşümək və davamlı şirniyyat yemək istəyi bəzən sadəcə gün işığının azalması ilə deyil, sağlamlıq problemləri ilə də bağlı ola bilər.
Beynəlxalq tədqiqat ultra emal olunmuş qidaların qəbulu ilə bağırsaq xərçəngi riski arasında ümumi əlaqə aşkar etməsə də, bəzi qida qruplarının fərqli təsirlərlə əlaqəli olduğunu üzə çıxarıb.
Armud həm dadlı, həm də qida dəyəri yüksək olan meyvələrdən biridir. Tərkibində lif, vitamin və minerallar olduğu üçün sağlamlığa bir sıra faydaları var.
Yatmazdan əvvəl serial izləmək və ya audiokitab dinləmək əvəzinə yağışın, dəniz dalğalarının, meşənin və ya çəmənliyin səslərini dinləmək həm yuxunun keyfiyyətini yaxşılaşdıra, həm də insanın emosional vəziyyətinə müsbət təsir göstərə bilər.
Kardioloq xəbərdarlıq edir ki, həddindən artıq isti və rütubətli hava ürəyin iş yükünü artıraraq infarkt riskini yüksəldə bilər. Xüsusilə yaşlı insanlar, xroniki xəstəliyi olanlar və ürək dərmanları qəbul edən şəxslər yay aylarında daha ehtiyatlı olmalıdırlar.
Britaniyalı ümumi praktika həkimi Əmir Xan əlavə xərc tələb etməyən, lakin fiziki və psixi sağlamlığı yaxşılaşdıra bilən beş səhər vərdişini sadalayıb.