banner
banner

Dünya

ABŞ-da hərbçi üç nəfəri qətlə yetirib

ABŞ-da hərbçi üç nəfəri qətlə yetirib

ABŞ hüquq-mühafizə orqanlarının əməkdaşları hesab edir ki, Rokford şəhərində üç nəfərin ölümü və üç nəfərin yaralanması ilə nəticələnən silahlı insident hərbçi Dyuk Uebb tərəfindən törədilib.

“Report”un məlumatına görə, bunu şəhərin polis rəisi Daniel Oşi keçirdiyi mətbuat konfransında bildirib.

Onun sözlərinə görə, barda baş verən atışmada üç nəfər qətlə yetirilib. Eyni zamanda 14 yaşlı yeniyetmə, 16 yaşlı qız və 62 yaşlı kişi yaralanıb.

Artıq hadisəni törətməkdə şübhəli bilinən 37 yaşlı hərbçi saxlanılıb və ona qarşı ittiham irəli sürülüb. Qətlin səbəbləri barədə hələ məlumat verilməyib.

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

Türkiyə bunu da etdi - Dünyada ilk dəfə baş verir, görənlər ŞOKDA

Türkiyənin müdafiə şirkəti "Aselsan"ın təsis edilməsinin 51-ci ildönümü münasibətilə keçirilən sınaq zamanı yüksək güclü elektromaqnit şüalanmasından (HPEM) istifadə edən "Ejderha" anti-dron müdafiə sistemi saniyələr ərzində 51 dronu zərərsizləşdirib. Bu barədə "Anadolu" agentliyi məlumat yayıb.

Bu ölkə İsraillə hərbi əməkdaşlığı gücləndirəcək

Mərakeş və İsrail ikitərəfli hərbi əməkdaşlığı, o cümlədən avadanlıqların tədarükü və texnologiya mübadiləsi, məxfi məlumatların qorunması, kibertəhlükəsizlik və hərbi təlim kimi sahələrdə gücləndirməyə çalışırlar.