Müğənni Elnarə Xəlilova xeyriyyə aksiyası keçirib. Axşam.az-ın məlumatına görə, ifaçı böyrək çatışmazlığından əziyyət çəkən Nicat Paşayevə yardım etmək üçün sənətçi dostlarını başına toplayıb, ticarət mərkəzlərindən birində konsert verib. Aparıcılığını Şəhriyyar Əbilovun etdiyi tədbirdə E.Xəlilova bildirib ki, Nicatın əməliyyatı üçün 50 min manat vəsait lazımdır:
"Bunu tək edə bilməzdim. dəstək olan hər kəsə təşəkkür edirəm. Nicatın əməliyyatı təcili olmalıdır. İki böyrəyi də işləmir. Konsertimiz iki gün davam edəcək. İşim bununla bitmir. Mobil operatorlardan biri ilə danışıb, SMS nömrəsi alacam. İnsanlar telefon vasitəsiylə də Nicata yardım edə biləcəklər".
Qeyd edək ki, konsertdə müğənni Samira Allahverdi, Ayan Babakişiyeva, Xatirə İslam, Xuraman Şuşalı, rəqqasə Fatimə Fətəliyeva, meyxanaçı Namiq Qaraçuxurlu, "Dostlar" qrupu və başqaları mahnılarını səsləndirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.