banner
banner

Şou

“İndi bu kişidən nə istəyirlər?” – “Rəmiş”in xanımından sərt açıqlama

“İndi bu kişidən nə istəyirlər?” – “Rəmiş”in xanımından sərt açıqlama

Ötən gün Xalq artisti, “Rəmiş” ləqəbi ilə tanınan məşhur gitara ifaçısı Rafiq Hüseynovun koronavirusa yoluxduğu barədə xəbərlər yayılıb.

Məsələ ilə bağlı Musavat.com-un əməkdaşı ifaçının həyat yoldaşı Gülü Hüseynova ilə əlaqə saxlayıb. O, Xalq artistinin səhhətində yaranmış problemlərlə bağlı yayılan xəbərlərə bu cür aydınlıq gətirib:

“Axı Rəmiş niyə koronavirus olmalıdır?! Oturub evində, heç kəs də gəlib-getmir. Virusa necə yoluxa bilər ki? Bu cür xəbərləri yayanların Allah bəlasını versin. Dünəndən o qədər zənglər gəlib ki, cavab verməkdən başım xarab olub.

Rəmişin artı 77 yaşı var. İndi bu kişidən nə istəyirlər? İndi toylar da yoxdur ki, desinlər ki, “Rəmişi toylara çağırmırlar”. Əl çəksinlər!”



Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

"Kurtlar Vadisi" sevənlərə şad xəbər - Əfsanə geri dönür!

Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.

30 illik küsülülük bitdi

Təranə Qumral Əməkdar artist Könül Kərimova ilə 30 illik küsülülüyə necə son qoyduqlarını danışıb.

“Vəfa Şərifovanı polis saxlayıb” iddiasına müğənnidən GECƏ CAVABI

Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.