"Bu Xoşqədəmin ideyasıdır" - ATV-nin keçmiş vitse-prezidenti
Artıq bir neçə gündür ki, ATV telekanalının rəhbəri Vüqar Qaradağlı ilə məşhur teleaparıcı Xoşqədəm Hidayətqızı arasındakı qalmaqal səngimək bilmir.
Bu həftə mətbuat konfransı keçirən Xoşqədəm Hidayətqızı “Səni axtarıram” layihəsinin tam olaraq özünə aid olduğunu, lakin ona verilən efir vaxtı və hörmətdən dolayı layihənin Müəlliflik Hüququ Agentliyində qeydiyyatdan keçərkən ATV telekanalının da müstəsna hüquq sahibi olmasını özü istədiyini bildirib.
Hidayətqızının bu açıqlamasından sonra ATV telekanalının hazırki prezidenti Vüqar Qaradağlı “Səni axtarıram” layihəsinin telekanalın keçmiş vitse-prezidenti Həsən Abdullayevə aid olduğunu bildirib.
“Veriliş ATV-də yaranıb. O vaxt vitse-prezident vəzifəsində çalışan Həsən müəllimin rəhbərliyi və məsləhəti əsasında bu lahiyə ərsəyə gətirilib. Yəni bu layihə kənarda hansısa prodakşının və yaxud da konkret bir şəxsin beyninin məhsulu olmayıb. ATV-nin məhsulu olub”.
Cia.az-ın məlumatına görə, məsələ ilə bağlı Publika.az-a açıqlamasında Həsən Abdullayev “Səni Axtarıram” layihəsi ilə heç bir əlaqəsi olmadığını bildirib.
“Bu məsələ ilə bağlı saytlar 3-4 gündür məni yığır və narahat edir. Əslində o vaxt Xoşqədəm xanım mənə yaxınlaşaraq ideya barədə məlumat verdi və belə bir veriliş yaratmaq istədiyini bildirdi. Məndən efir vaxtı istədi, mən də ona efir vaxtı vermişəm. Öz layihəsini bizim telekanalda həyata keçirib. Bu gün kim nə deyirsə, onun mənə heç bir aiddiyyatı yoxdur. Bu layihənin mənimlə əlaqəsi yoxdur. Bu Xoşqədəm Hidayətqızının ideyasıdır".
Dövlət büdcəsinin yükünün azaldılması və maliyyə intizamının gücləndirilməsi məqsədilə bəzi dövlət müəssisələrinin ləğvi və ya özəlləşdirilməsi məsələsinə baxılması təklif olunur.
Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi yanında Dövlət Dəniz və Liman Agentliyinin Gəmi Hərəkətinin İdarəedilməsi Mərkəzi küləkli, fırtınalı hava şəraiti ilə bağlı gəmilərə xəbərdarlıq edib.
Türkiyə, Pakistan və Səudiyyə Ərəbistanı arasında 7 avqust 2026-cı ildə Məkkədə imzalanan "Birgə Müdafiə üzrə Məkkə Sazişi"nin təsdiq edilməsi məqsədəuyğun hesab olunub.
Azərbaycan Respublikası Dövlət Gömrük Komitəsinin "Azərterminalkompleks" Birliyi nəqliyyat parkının yenilənməsi məqsədilə yeni satınalma müsabiqəsi elan edib.
IDEA İctimai Birliyi və BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) tərəfdaşlığı ilə BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 31-ci sessiyası (COP31) çərçivəsində "Təmiz hava, sağlam şəhərlər: Şəhərsalmadan iqlim fəaliyyətinə" mövzusunda tədbir təşkil edilib.
Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev noyabrın 12-də Dublində "Avropa Siyasi Birliyi"nin 9-cu Zirvə Toplantısı çərçivəsində keçirilmiş "Rəqabətqabiliyyətli Avropanın yaradılması - innovasiya, bağlantılar və əlçatan enerji" ("Building a competitive Europe – innovation, connectivity and affordable energy") mövzusunda dəyirmi masada iştirak edib.
Müdafiə Nazirliyində yüksək vəzifələrdə işləmiş general-mayor Natiq Əliyevin saxlanılan qızı Türkər Əliyevadan şikayətçi olanlardan birinin kimliyi məlum olub.
Milli Kibertəhlükəsizlik Agentliyi (MKA) tərəfindən son günlərdə Dövlət Yol Polisinin adından vətəndaşlara qarşı həyata keçirilən fişinq hücumlarının artdığı müşahidə olunur.