banner
banner

Sosİal

Bakıda məktəb direktoru vəfat edib

Bakıda məktəb direktoru vəfat edib

Laçın rayon 33 nömrəli tam orta məktəbin direktoru Nurəddin Məmmədov vəfat edib.

"Report" xəbər verir ki, mərhum uzun müddətdir xərçəng xəstəliyindən əziyyət çəkirmiş.

Qeyd edək ki, Məmmədov Nurəddin Əliş oğlu 1962-ci ildə Laçın rayonunun Qarıqışlaq kəndində anadan olub. Bakı Dövlət Universitetində ali təhsil alıb. Uzun illər Laçın rayonunun təhsil sistemində çalışıb. Bir neçə kitabın müəllifidir.

Xatırladaq ki, 33 nömrəli məktəb Bakı şəhəri, Nizami rayonu, Rizvan Teymurov 30, Mərkəzi Elekrotökmə zavodunun yataqxanasında yerləşir.

Allah rəhmət eləsin!

 


Daha tez məlumatlanmaq üçün Facebook səhifəmizi




Oxşar xəbərlər

ŞAD XƏBƏR: Bu şəxslərə əlavə ödəniş ediləcək

Azərbaycan qanunvericiliyinə əsasən, ölkənin müxtəlif bölgələrində çalışan işçilərin əməkhaqlarına əlavələr bütöv inzibati rayon üzrə deyil, əsasən ərazinin coğrafi hündürlüyünə, strateji əhəmiyyətinə və sosial-iqtisadi ehtiyaclarına görə tənzimlənir.

Qaz limiti ilə bağlı ŞAD XƏBƏR - Sərfiyyat minimuma enəcək

Qış mövsümünün yaxınlaşması ilə daşınmaz əmlak və istilik sistemləri bazarında elektrikli kombilərə olan maraq əhəmiyyətli dərəcədə artıb. Xüsusilə təbii qaz xətti olmayan yeni yaşayış sahələrində, bağ evlərində və sənaye obyektlərində elektrikli kombilər əsas alternativlərdən birinə çevrilib.

Bu şəxslər sənəd ala bilməyəcək - RƏSMİ

Vətəndaşlıq vəziyyəti aktlarının qeydiyyatı ilə bağlı təkrar şəhadətnamə və arayışların verilməsi zamanı bir sıra məhdudiyyətlər tətbiq olunur. Bəzi hallarda müraciət edən şəxslərə sənədin təkrar nüsxəsi deyil, yalnız müvafiq arayış təqdim edilir.