Paylaşımları ilə sosial mediada gündəm olan Fahriye Evcen bir müddətdir ekranlardan uzaq alıb. Buna səbəb aktrisanın oğlu Karana heç kəsə etibar etməyib özü böyütmək istəməsi idi.
Artıq evdə qalmaqdan bezən və karyerasına davam etmək istəyən Fahriye Karana dayə axtarmağa başlayıb.
Evcenin bu ilin sentyabrından etibarən yenidən kameralar qarşısına çıxacağı bildirilir. Lakin o, çəkiləcəyəi ekran ilərinin ssenarisini bəyənməsə yenə də, oğluna baxmağa davam edəcək.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.