Rol aldığı "Diriliş Ertuğrul" serialından sonra şöhrəti Türkiyə sərhədlərini aşan Engin Altan Düzyatan bir geyim markaları ilə milyon dollar məbləğində müqavilələr imzalayıb. Bu razılaşmalardan sonuncusu Pakistanda reallaşıb.
Axşam.az türk mətbuatına istinadən xəbər verir ki, aktyorun müqavilə imzaladığı pakistanlı iş adamı Mian Kashif Zameer dələduzluq etdiyinə görə həbs olunub. Bundan sonra Enginin çəkiləcəyi 1 milyon dollarlıq (1 milyon 700 min manatlıq) reklam da ləğv edilib.
Lakin daha sonra Pakistan mediasına müsahibə verən iş adamı reklamın ləğv edildiyini təsdiqləyib və müqavilədəki pulun Altana ödəniləcəyini bildirib.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.