Müğənni Sinan Akçılın Yeni ili keçmiş həyat yoldaşı Burcu Kıratlı ilə qeyd etdiyi ortaya çıxıb.
Axşam.az türk mətbuatıan istinadən bildirir ki, iki dəfə evlənən və boşanan cütlük yenidən bir araya gəlib. Bununla da onlar iki aylıq ayrılığa son qoyublar.
Qeyd edək ki, Burcu və Sinan ilk dəfə 2018-ci ildə Amsterdamda evləniblər. Lakin 9 ay sonra rəsmi şəkildə həyat yollarını ayırıblar. Sinan azərbaycanlı psixoloqla qısa eşq yaşayıb. Onun Burcu ilə ayrılmasına səbəb də sözügedən xanım olub.
Türk televiziya tarixinin unudulmaz layihələrindən olan "Kurtlar Vadisi"ndə "Cerrahpaşalı Halit" obrazına həyat verən Özcan Varaylı illər sonra məhz həmin karakterin ətrafında cəmləşən "Cerrahpaşalılar" filmi ilə izləyici qarşısına çıxmağa hazırlaşır. Çəkilişlərinə start verilən layihə qısa zamanda serial sevərlərin böyük marağına səbəb olub.
Müğənni Nadir Qafarzadə bu dəfə bəzi toy təşkilatçılarını hədəfə alıb. O, təşkilatçıları müğənnilər arasında ayrı-seçkilik etməkdə, toy sahiblərini istədikləri sənətçiləri dəvət etməkdən çəkindirməkdə və özlərinə yaxın müğənniləri önə çəkməkdə ittiham edib.
Müğənni Vəfa Şərifovanın Rusiyanın Kislovodsk şəhərində polis tərəfindən saxlanıldığı barədə iddia yayılıb.Musavat.com xəbər verir ki, müğənni Afət Fərmanqızı sosial şəbəkə hesabında ad çəkmədən, uzun müddətdir qalmaqal yaşadığı Vəfa Şərifovanın ötən gün polis əməkdaşları tərəfindən saxlanıldığını iddia edib.